1. Arzulayan, istəyən.
2. Şövqlü, həvəsli. (“Koroğlu” dastanının lüğəti)
Bəlli Əhməd mayil saçına,
Müştaqdı üzdə maçına,
Qarğalar neylər laçına?
Ala gözlü Məhbub xanım!
(“Məhbub xanımın Çənlibelə gəlməyi”)
*
Bəlli Əhməd Koroğlunun sədasını eşidib, ona müştaq olmuşdu. (“Koroğlunun İstanbul səfəri”)
Azərbaycan dastanlarının leksikası