Ad. Dastanda nəm şəklində də rast gəlinir. (“Koroğlu” dastanının lüğəti)
Nigarı dərdə gətirən,
Cəsədin qəbrə yetirən,
Koroğlu namın götürən,
Yurdunda son olan yoxdu.
(“Eyvazın Çənlibelə gətirilməyi”)
*
Üç nəfər nabələd adam gəlib, bu namda, bu nişanda, özləri də ilan bulağın başında yatıblar. (“Durna teli”)
*
Bəli, fərraşlar, xəbər apardılar xana ki, bəs bu oğlan gəlib bu nəmdə, bu nişanda, səni görmək istəyir. (“Koroğlunun Dərbənd səfəri”)
Azərbaycan dastanlarının leksikası