Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

namə fars

Məktub. (“Koroğlu” dastanının lüğəti)

Cəfər paşa götürüb xotkara bir namə yazdı ki:“Koroğlunun bir dəlisini tutmuşam”. Naməni bir qasid ilə xotkara göndərdi. (“Koroğlunun Ərzurum səfəri”)

*

Qasid namələri aparmaqda olsun, sən eşit Hasan paşadan. (“Həmzənin Qıratı aparmağı”)

*

Bəlli Əhməd dedi:

– Ay gözəl xanım, Koroğlu bu naməyə inanmayacaq, yaxşısı budu şəklini ver, Koroğluya aparım. (Paris nüsxəsi, 4-cü məclis)

Azərbaycan dastanlarının leksikası