Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

navar1

Bakı, Cəbrayıl, Göyçay, İsmayıllı, Quba, Şamaxı

1. Yəhər və palanın altından qoyulan keçə və ya otla doldurulmuş döşəkçə (Cəbrayıl, Göyçay, İsmayıllı, Quba, Şamaxı).

2. Çul (Bakı).  Palanın altına navar qoyallar (İsmayıllı); Əli bir navar aldı (Göyçay); Atın navarın qoy belinə (Cəbrayıl); Navarsız heyvana yük çatmağ olmaz, dalını yara elər (Şamaxı).

navar2

Qubadlı

Palazın dörd tərəfinə tikilən köbə. □ Cejimin navarı qaradı.

Azərbaycan dilinin dialektoloji lüğəti