Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

NAZİYƏ

fars. naziya sözündən olub, nazlı, işvəli, həmçinin naz ilə, işvə ilə anlamlarına gəlir.

XX əsrin ortalarına qədər məişətimizdə geniş yayılmış Naziyə qadın adı bu gün unudulmaqda olan şəxs adları sırasındadır. Adın daşıyıcılarından Naziyə xanım Şəmsəddinskaya (1926) Azərbaycanda tibb elminin inkişafında xüsusi əməyi olan qadın alimlərimizdəndir. Qadınlarda hamiləliyin gedişinə, bətndaxili infeksiyaların etiologiyasına və s. həsr edilmiş 170 elmi məqalənin, bir neçə monoqrafiyanın müəllifi Naziyə xanım dəfələrlə beynəlxalq konqreslərdə, forum və seminarlarda ginekologiyanın aktual problemlərinə aid elmi məruzələrlə çıxış etmişdir. Respublikada ginekologiya sahəsində bir çox tanınmış alimlərin elmi rəhbəri məhz tibb elmləri doktoru, professor, Əməkdar Elm Xadimi Naziyə xanım olmuşdur.

Azərbaycan şəxs adlarının izahlı lüğəti