1. Tibb. Ürəyin fəaliyyəti nəticəsində arteriya (qan damarları) divarlarının ritmik vurması (adətən biləyin yuxarı hissəsində duyulur). □ ...Fərmanın yastığının yanında əyləşib nəbzini tutdu. (Ə.Haqverdiyev).
2. Biləkdə həmin titrəyişin hiss edildiyi yer. □ Nəbzini yoxlamaq.
3. Məcazi mənada: bir şeyin (hadisənin, həyatın və s.) ritmi, tempi. □ Deyirlər ki, gələcək ancaq zamanın nəbzini düz tutanların, bu günü yaxşı anlayanlarındır. (M.İbrahimov).
Həmçinin bax: