Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

neçə [neçə] əvəzlik

1. Əşyanın miqdarını müəyyənləşdirmək üçün işlədilən sual əvəzliyinə qədər, nə miqdar. □ Neçə kitab aldın? Bu gün neçə yerə getmisən?
2. Zaman bildirən isimlərdən əvvəl gələrək onların qeyri-müəyyənliyini bildirir. □ Neçə yüz ildən sonra biz də o məqama çata bilərik. (C.Məmmədquluzadə).
3. “Saat” sözündən sonra gələrək vaxtı öyrənmək üçün sual məqamında işlədilir. □ Saat neçədir? Saat neçədə gələcək?
4. Çox, çoxlu; bir neçə. □ Üstündə ahı var neçə qəribin; Çeşməli dağların, sulu dağların. (B.Vahabzadə).
5. İsim kimi: birdən artıq (çox) adam. □ Şirvanın küçələri; Banlayır beçələri; Çağırdım öz yarımı; Hay verdi neçələri. (Bayatı).
6. Bir neçə şəklində – bir miqdar, qeyri-müəyyən miqdarda. □ Bir neçə adam.
7. Neçəyədir, neçədəndir şəklində – qiyməti nə qədərdir, bahası nədir. □ Kitab neçəyədir? Parçanın metri neçəyədir?

Həmçinin bax:

say: bir neçə frazeologizm: deyirəm xədiməm, deyir neçə uşağın var Azərbaycan dilinin izahlı lüğəti