Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

neologizm

yun. neos – yeni + yun. logos – söz

Başqa dillərdən mənimsənilən, ya­xud dilin öz daxili imkanları hesabına ya­ranan yeni sözifadələr.

N.-lər çox vaxt elmi-texniki tərəqqi prosesinin, kommunikasiya sistemlərinin inkişafı nəticəsində meydana gəlir. Bəzi N.-lər sonradan dildə özünə yer tapmayaraq tamamilə unudula, digərləri geniş yayılaraq N. olmaqdan çıxa, yaxud tədricən daha az işlədilərək arxaizmə çevrilə bilər; məsələn, sovet haki­miy­yəti illərində yaranmış və geniş ­ya­yılmış «kolxoz» ifadəsi atıq arxaizmdir. Dildə ümu­mi istifadə olunan N.-lərdən başqa, müəllif N.-ləri də mövcuddur. Adə­tən, müəllif N.-ləri kontekstdən kənarda işlədilmir. Lakin onlardan bəziləri sonradan dilin ümumi lü­ğət tərkibinə daxil olur; məs.: utopiya (To­mas Mor), robot (Karel Çapek), işıqfor (Rəsul Rza). N. termini ilk dəfə XVIII əsrin birinci yarısında Fransanın dilçilik elmində işlədilib. Avropa dillə­rində bu termin Azərbaycan dili ilə mü­qayisədə daha geniş mənaya malikdir: misal üçün, ingilis lüğət­lərində o yalnız yeni yaranmış sözlərə de­yil, həm də köhnə sözlərin yeni mənasına, hətta yeni ifadə tərzinə də aid edilir.

Jurnalistika terminləri lüğəti