1. Şən, şad, fərəhli. □ Ceyran çox nəşəli görünürdü, danışır, gülür, əylənirdi. (S.Hüseyn).
2. Ürək açan, ləzzət verən, zövq verən; xoş, gözəl. □ Nəşəli yer.
3. Yüngülcə kefli, məst.
4. Zərf kimi: nəşə ilə, ləzzətlə. □ ...nəşəli bir qullab vurub tüstüsünü başından yuxarı sovuraraq, hekayəsini davam etdirməyə başladı. (S.Hüseyn).