ərəb. nasib sözündəndir. Nəsib sözü dilimizdə iki məna ifadə edir: 1. Bəhrə, pay, hissə, qismət; 2. Nəsəb, əsli-nəsəbi olan, tanınmış nəslin nümayəndəsi.
Türk antroponimik vahidlər sistemində Nəsibə qadın adı sözün ikinci, tanınmış nəsildən olan, yaxın adam mənası ilə əlaqədar Nəsib kişi adından (bax: ad – NƏSİB) ənənəvi yolla yaranmışdır. Adın daşıyıcılarından Xalq Artisti, Dövlət mükafatı laureatı Nəsibə Zeynalova (1917-2004) XX əsrdə Azərbaycan teatr və kino sənətində izini qoymuş görkəmli sənətkarlardan olmuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğəti