Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

neştər fars

1. Əqrəb, arı və s.-nin sancdıqları yerə zəhər buraxmaq üçün orqan.

2. İtiuclu cərrah bıçağı. Dastanda daha çox məcazlarda işlənir. (“Koroğlu” dastanının lüğəti)

Qadir mövlam, səndən kömək dilərəm,

Həsən yaralıdı, dərman istərəm.

Neştər alıb bağrım başın didərəm,

Həsən yaralıdı, dərman istərəm.

     (“Zərnişan xanımın Çənlibelə gəlməyi”) (İ.A., B.A.)

*

Paşanın bu sözü bir neştər olub Koroğlunun bağrını dəldi. Koroğlu paşaya yaxınlaşıb dedi:

– Paşa sağ olsun, bir sözüm var, icazə versəydin, deyərdim. (Paris nüsxəsi, 9-cu məclis)

*

Dona xanımın sözləri Koroğlunun bağırın neştər kimi dəldi. Hirsindən az qaldı ürəyi partlasın. (Paris nüsxəsi, 12-ci məclis)

Azərbaycan dastanlarının leksikası