lat. organum < yun. organon – alət, silah
Sistemin qəbul olunmuş normalara uyğun fəaliyyət göstərməsini, işin lazımi qaydada icrasını təmin etmək məqsədilə müşahidə və yoxlama həyata keçirən qurum.
Totalitar rejimlər istisna olmaqla dünyanın əksər ölkələrində çap KİV-in fəaliyyətinə nəzarət edən xüsusi dövlət orqanı yoxdur. Teleradio yayımı sahəsində belə nəzarəti yayım şuraları və komissiyaları yerinə yetirir. Onlar yayımçıların lisenziya şərtlərinə necə əməl etdiklərini diqqət mərkəzində saxlayırlar. İnternet mediası sahəsində isə N.O.-ın yaradılması məsələsi ara-sıra gündəmə gəlsə də, beynəlxalq standartlara görə, şəbəkə KİV-in fəaliyyəti ilə əlaqədar yaranan problemlər özünütənzimləmə mexanizmi çərçivəsində həll olunmalıdır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti