Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

nitq [nitk'] isim ərəb

1. Danışma, fikrini sözlərlə ifadə etmə qabiliyyəti; danışıq, danışma tərzi; tələffüz. □ Nitq üzvləri. Aydın nitq.
2. Ümumiyyətlə, danışma, söz, kəlam. □ O tayda çadrasız dolaşan qadına; Sual ver, nitqindən saçılsın ildırım. (M.Müşfiq).
3. İclasda, yığıncaqda, mitinqdə və s.-də camaata, dinləyicilərə xitabən irad olunan söz. □ ...kənd camaatına tez-tez nitq və məruzələr oxuyurdular. (S.S.Axundov).

Həmçinin bax:

jurnalistika: daxili nitq jurnalistika: nitq mədəniyyəti jurnalistika: nitq normaları jurnalistika: nitq texnikası jurnalistika: vasitəli nitq jurnalistika: vasitəsiz nitq frazeologizm: nitqi qurumaq frazeologizm: nitqi tutulmaq Azərbaycan dilinin izahlı lüğəti