1. Səliqəsiz, qaydasız, qarma-qarışıq. □ Nizamsız ev.
2. Zərf kimi: səliqəsiz, qaydasız, qarma-qarışıq. □ Elə həmən gün Ülkər; Açaraq dolabları; Töküb yerə nizamsız; Düzülmüş kitabları. (B.Vahabzadə).
3. Pərakəndə, dağınıq, qeyri-müntəzəm. □ Nizamsız qoşun.
4. Zərf kimi: pərakəndə, dağınıq, qeyri-müntəzəm. □ İraq və Bağdad qoşunu bütün qərargahını .. buraxıb nizamsız və pozğun bir surətdə qaçmışdı. (M.S.Ordubadi).
Azərbaycan dilinin izahlı lüğəti