lat. “nomenclatura” – siyahı, adların yazılışı
Bitki və heyvanların, geniş mənada, hər hansı bir ixtisas sahəsində işlədilən ad və terminlərin ümumi siyahısı.
Adlandırma zamanı əvvəl cins, sonra növ, daha sonra onu tədqiq edən alimin familiyası və tədqiq edildiyi tarix qeyd olunur. Məsələn, çöl göyərçini (Columba livia Gmelin, 1789), Dəməşq qızıl gülü (Rosa damescena Mill., 1754).
Biologiya terminlərinin izahlı lüğəti