Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

NÖVRƏSTƏ

fars. növrasta (əslində novrasta) sözündəndir. Növrəstə qadın adı həddi-büluğa çatmış, yeniyetmə, gənc, cavan anlamlarını ifadə edir.

Adın daşıyıcılarından müstəqil Azərbaycan tarixində kəşfiyyatşı, ilk snayper qadın döyüş yoldaşları arasında “xalaqızı” ləqəbli Növrəstə Yusifova 1992-1994-cü illərdə Qarabağ müharibəsi zamanı düşmənə qarşı döyüşlərdə fərqlənmiş vətənpərvər insanlardan biridir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti