fr. nuance < lat. nubes – buludlar
Çalar, məqam, qabarıq olmayan, güclə sezilən cizgi.
N.-lar aid olduqları şəxslərin xarakterini açmağa, hadisə və problemlər barədə dolğun təsəvvür yaratmağa xidmət edir. Onlar jurnalist materiallarında sözlərin ifadə tərzi, faktların təqdimat forması, intonasiya, rəng, işıq çalarları, musiqi seçimi və başqa üsullarla oxucuya (dinləyiciyə, tamaşaçıya) çatdırılır. N.-ları təsvir etmək bacarığı yüksək jurnalist peşəkarlığının göstəricilərindən biridir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti