Onurğalı heyvanlarda və insanda qaraciyərin vəzili hüceyrələrinin fasiləsiz olaraq ifraz etdiyi şirə.
Sutka ərzində həmişə əmələ gəlir, amma yalnız qida qəbulu zamanı qaraciyərin daxilindən çıxan digər axacaqla birləşərək nazik bağırsağın onikibarmaq bağırsaq adlanan şöbəsinə açılır. Ö.-ün tərkibində bilirubin və biliverdin piqmentləri vardır. Ö. əsasən yağların həzmini həyata keçirən lipaza fermentini fəallaşdırır. Yetkin insanda sutkada 0,7-1,2 litr Ö. hasil olunur və onikibarmaq bağırsağa tökülür.
Həmçinin bax:
Biologiya terminlərinin izahlı lüğəti