Reklam
Reklam

Biologiya terminlərinin izahlı lüğəti

öküz soliteri

Lentşəkilli qurdlar sinfinə aid növ.

Ö.S.-nin epidemiyası Afrika, Latın Amerikası, Filippində və Şərqi Avropa ölkələrində mövcuddur. Yetkin fərdi insanın nazik bağırsaqlarında yerləşir. Aralıq sahibinin bədəninə finna şəklində daxil olur, yumurta şəklində tərk edir. Yastı qurdların əksəriyyəti kimi hermofroditdir. Yetkin fərdlərinin uzunluğu 4-10 m-ə çatır. Başcıqda 4 sormacıq vardır. Eynicinslidir. Yetkin sürfəsi qaramalın əzələsində yaşayır. Buğumlarının sayı 1000-ə qədər olur. Əsas xüsusiyyəti həzm orqanlarının olmamasıdır. Qarmaqların olmamasına görə donuz soliterindən fərqlənir. İldə təxminən 600 milyon, bütün ömrü boyu isə 11 milyard yumurta qoyur. Yaxşı qaynadılıb bişirilməmiş və ya qızdırılmamış mal ətində olur.

Həmçinin bax:

Biologiya terminlərinin izahlı lüğəti