1. Onmanatlıq, on manat dəyərində olan. □ Cibindəki onluğu çıxarıb mənə verdi.
2. İsim kimi: onmanatlıq, on manat qiymətində olan pul. □ Kələntər əlini şalvar cibinə salıb əzilmiş bir onluq çıxartdı. (M.İbrahimov).
3. Lampada işıq, taxtada qalınlıq dərəcəsini bildirir. □ Onluq taxta.
4. On xalı olan. □ Onluq kart.
5. Ədəbiyyat. Hər misrasında on heca və ya hər bəndində on misra olan şeir.
5. Hədəfin düz ortası, atıcılıqda on bal verilən nöqtə.
Azərbaycan dilinin izahlı lüğəti