Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

onomastika

yun. onomastikos – ad vermək sənəti

Bәdii әdәbiyyatda müәyyәn mәna, üslubi yük daşıyan xüsusi adlar.

Bәdii әdәbiyyatda O.-nın üslub vәzifәsi geniş vә rəngarәngdir. Әdәbiyyatdakı xüsusi adların çoxunda bu vә ya başqa dәrәcәdә aydın nәzәrә çarpan bәdii mәqsәd olur. Bu, xüsusilә realist әdәbiyyat üçün çox sәciyyәvidir. Azәrbaycan әdəbiyyatında da şәxs adlarının müxtәlif bәdii mәqsәdlәrlə işlәnməsi faktları çoxdur. C.Cabbarlı əsərlərində obrazlarına verdiyi Elxan, Sevil, Gülüş, Yaşar, Almaz, Gündüz, Qorxmaz, Solmaz vә s. adları xalq tәrәfindәn böyük rәğbәtlә qarşılanıb vә son yarım әsrdә Azәrbaycanda on minlәrlә uşağın bu adları daşıması O. tarixində diqqәtəlayiq faktlardan birinə çevrilib.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti