Reklam
Reklam

Fizika terminlər lüğəti

OPALESSENSİYA

Optik qeyri-bircins mühitdə yayılarkən işığın xarakteristikalarının (intensivlik, tezlik və s.) dəyişməsi; böhran opalessensiyası.

Optik qeyri-bircinsliyin yaranma səbəbindən asılı olaraq bulanıq mühitdən (tüstü, duman, suspensiya və s.) səpilmə və molekulyar səpilmə müşahidə olunur. İlk dəfə ingilis fiziki C. Tindal öyrənmişdir (1869).

Fizika terminlər lüğəti