Reklam
Reklam

Etimologiya lüğəti

ördək

Həm də ödirək kimi işlədilib. Öd “quş”, irək isə “çay”, “su” mənasında işlə­dilib. Deməli, ördək “su quşu” mənasını verir. Rus dilindəki утка sözü ilə ördək sözü arasında qohumluq əlaqəsi axtarmağa dəyər: sloven dilində утка yerində “отва” işlədilir ki, buradakı otödirəkdəki öd (öt) həm məna, həm də forma oxşarlığına malikdir. Barslar bu quşa morğabi (suquşu) deyirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti