Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

ordu [ordu] isim

1. Dövlətin silahlı qüvvələri (quru qoşunları, hərbi dəniz və hərbi hava qüvvələri). □ ...dördüncü kursdan orduya alındıq. (İ.Əfəndiyev).
2. Hərbi dəniz və hərbi hava qüvvələrindən fərqli olaraq quru qoşunları. □ Ordu ilə hərbi dəniz və hərbi hava qüvvələrinin birgə təlimi.
3. Bir neçə korpusdan, diviziyadan ibarət operativ qoşun birləşməsi. □ Birinci ordu. Beşinci ordu komandiri.
4. Məcazi mənada: ümumiyyətlə, çoxlu, saysız-hesabsız adamlar toplusu haqqında. □ İşsizlər ordusu.

Azərbaycan dilinin izahlı lüğəti