Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

örən1

Göyçay, İsmayıllı, Ucar

Zəif, xəstə. □ Yanına getmişdim, çox örəndi (İsmayıllı).

örən2

Cəbrayıl, İmişli, Qarakilsə, Zəngilan

Çox otarılmaq nəticəsində otu qurtarmış, otsuzlaşmış “yer”. □ Yer örəndi, heyvannarın işi çətindi (İmişli).

örən3

Qafan

Əkilməmiş (yer, sahə). □ Bizim iki örən yerimiz var.

Həmçinin bax:

Azərbaycan dilinin dialektoloji lüğəti