Sözlərin tələffüz şəklini və qaydalarını müəyyənləşdirən dilçilik sahəsi; fonetikanın tərkib hissəsi.
Azərbaycan orfoepiyasına saitlərin, samitlərin, şəkilçilərin, qoşmaların, habelə alınma sözlərin tələffüzünü tənzimləyən qaydalar daxildir. Sözlərin tələffüz şəkillərinin yazıda göstərilməsi zamanı transkripsiyadan istifadə olunur: təəccüblə [tə:ccübnən]. Orfoepiyaya vurğu və intonasiya da daxil edilir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti