yun. orthos – düzgün + yun. grapho – yazıram + lat. norma – qayda
Sözlərin yeganə düzgün hesab edilən və hamı üçün məcburi olan yazılış qaydaları.
O.N., onları əks etdirən lüğətlər xüsusi dövlət orqanları, aparıcı dilçilik mərkəzləri tərəfindən təsdiq olunur. Çap KİV-də, internet-nəşrlərində, kitab nəşriyyatlarında sözlərin O.N.-na uyğun yazılmasına nəzarət edən xüsusi mütəxəssislər – korrektorlar çalışırlar. Sözlərin yazılışının O.N.-na uyğunluğunu yoxlamaq üçün kompüter proqramları da mövcuddur. Bununla belə, O.N.-nı müəyyənləşdirmək heç də həmişə asan olmur. Dil getdikcə zənginləşdiyi, onun tətbiq dairəsi genişləndiyi üçün bəzən köhnə O.N.-nda dəyişikliklər edilir, yeni qaydalar yaranır, mübahisəli məsələlər ortaya çıxır.
Jurnalistika terminləri lüğəti