Çöl tısbağası adı ilə də tanınan tısbağa növü.
Qını hündür olmayıb, dəyirmidir, sarıya çalan qonur rəngdədir. Ölçüsü 20 sm-dən çox deyil. Dişilər erkəklərdən böyükdür. Qabaq ayaqlarında 4 barmaq var. Bu tısbağalar Qazaxıstanın cənub rayonlarında, Orta Asiyanın bütün düzənliklərində, Şimali-şərqi İranda, Əfqanıstanda, Hindistanın şimal-qərbində və Pakistanda geniş yayılmışdır. O.A.T. gec boy atır və ömrünün 10-cu ilində yetkinləşir.
Biologiya terminlərinin izahlı lüğəti