Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

ötkün [ötgün] sifət

1. Ötmüş, həddindən artıq yetişmiş (meyvə, taxıl haqqında).
2. Həddindən artıq bişmiş, vaxtından artıq od üstündə qalıb keyfiyyətini itirmiş (bişmiş haqqında).
3. Üstün. □ Ağıl ağıldan üstündür, söz sözdən ötkün. (Atalar sözü).
4. Məcazi mənada: ötən, keçən, təsirli. □ Ötkün sözüm, kəskin bəxtim olaydı; Ağ otağım, zərrin rəxtim olaydı. (Aşıq Ələsgər).
5. Məcazi mənada: məlahətli, zərif, ahəngdar, lətif. □ Qızın ötkün səsində xəfif bir titrəyiş vardı. (M.Hüseyn).
6. Məcazi mənada: qüvvətli, təsirli.

Azərbaycan dilinin izahlı lüğəti