Dəvə noxtası, məhər. (“Koroğlu” dastanının lüğəti)
Dağların başından keçəmmir karvan,
Ovsarı əlində ağlayır sarvan,
Tacirlər əlindən çəkirlər aman,
Bir de, qoç Koroğlu, nədən məlulsan?
(“Eyvazın Çənlibelə gətirilməyi”)
*
Həmzə bəy Qıratın yəhər-yüyənini düzəldib özü onun cilovunu tutdu, ovsarını isə beş-altı adamın əlinə verib min əzab-əziyyət ilə tövlədən eşiyə çıxarıb paşanın hüzuruna gətirdi. (Paris nüsxəsi, 6-cı məclis)
Azərbaycan dastanlarının leksikası