Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

ovsun nəğmələri

Şamanizm vә ibtidai təsәvvürlәrlә bağlı şeir, nəğmə, söyləmə.

Hәcm vә ölçüsü sabit olmayan O.N. yalnız müәyyәn şәraitlә әlaqәdar icra olunan ayin və mәrasimlәrdə söylənilirdi. Gözəgәlmә, doğum və s. ilә bağlı oxunan nəğmələr O.N.-dir; məsələn:

Üzәrliksәn, havasan,

Min bir dәrdә davasan,

Balama göz vuranın

Gözlәrini ovasan.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti