İki, üçyaşar erkək qoyun. Variantlarda əyəş şəklində də işlənir. (“Koroğlu” dastanının lüğəti)
Əylən deyim Qıratın qiymətini,
Səksən min sərkərdə mala da vermə!
Səksən min ağ tüklü qəmər öyəcə,
Səksən min xəzinə pula da vermə!
(“Həmzənin Qıratı aparmağı”)
*
– Mənim arıq qoyunum yoxdu, hamısı kökdü. Mənim qoyunlarım öyəcdi, onları uzman-dizman qoyun doğmayıb. (Paris nüsxəsi, 3-cü məclis)
Azərbaycan dastanlarının leksikası