Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

oylaq

1. Məskən, yer.

2. Düzənlik geniş sahə. Dastanda ovlaq mənasında da işlənir. (“Koroğlu” dastanının lüğəti)

 Bura mənim köhnə oylağımdır. (“Alı kişi”)

*

Ərəb Reyhan ürəyində dedi: “Koroğlu axır ki, yağlı əlini mənim də başıma çəkdi, mənim oylağımdan da ov apardı”. (Paris nüsxəsi, 3-cü məclis)

Azərbaycan dastanlarının leksikası