1. Şəxsinə, özünə aid olan, xas olan, mənsub olan; şəxsi. □ Adamın öz yavan çörəyi, özgənin plovundan yaxşıdır. (Atalar sözü).
2. Şəxsən, müstəqil olaraq özü tərəfindən yaradılmış, görülmüş, alınmış, əldə edilmiş və s. □ Öz şeirlərini oxudu. Öz bostanını bizə göstərdi.
3. Ancaq özünə, yaxud bir şeyə xas; xüsusi. □ Axmaq adam öz səhvini düz bilər, ağıllı isə düzəldər. (Atalar sözü).
4. Doğma, yaxın (iş, məslək, əqidə və fikir cəhətdən). □ Adam öz tayını-tuşunu tapmasa, günü ah-vayla keçər. (Atalar sözü).
5. Bir işdə şəxsən, bilavasitə iştirak edən (onun mənbəyi, ya obyekti olan) şəxsi, ya şeyi göstərmək üçün isimdən, şəxs əvəzliyindən sonra işlənir. □ Ağac öz kökü üstə bitər. (Atalar sözü).
6. İsim və ya şəxs əvəzliyi yerində müstəqil işlədilir (bəzən cəm şəkilçisi ilə). □ Aləmi bəzər, özü lüt gəzər. "İynə" (Tapmaca).
7. Bir adamın və ya bir şeyin böyüklüyünü, əhəmiyyətini, mövqeyini nəzərə çatdırmaq üçün işlədilir. □ General özü gəlmişdi. Məni nazir özü qəbul etdi.
Həmçinin bax: