Reklam
Reklam

Məsəllər, deyimlər

ÖZÜNÜ ASMIŞ ADAMIN EVİNDƏ İP HAQQINDA DANIŞMIRLAR

Adətən, yerinə düşməyən, məqamında işlədilməyən, şəraitə uyğun olmayan söhbətlərə münasibətdə bildirilən ifadə.

İfadə Migel de Servantesin məşhur «Don Kixot» (1605) əsərindən qaynaqlanaraq yayılmışdır.

Nəşr olunduğu gündən bütün Avropada məşhurlaşmış həmin əsər həm də aforizmləri ilə oxucuların diqqətini özünə cəlb etmişdir. Məlum ifadə romanın birinci hissəsinin 25-ci fəslində verilmiş bir dialoqda işlədilir. Belə güman olunur ki, ifadə öz mənbəyini fransız atalar sözü olan «Özünü asmış adamın evində ilgək haqqında danışmazlar» deyimindən götürmüşdür.

Bəzi xalqların dilində bu ifadəyə bəzi əlavələr də edilmişdir. Xüsusən bir çox hallarda aforizm kimi yanaşılan bu ifadənin sonuna cəlladla bağlı cümlə də artırılır. Yəni məşhur ifadə «Asılmış adamın evində ip haqqında danışmazlar. Bəs cəlladın evində nədən danışmazlar?»

Məsəllər, deyimlər