Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

partisipar kommunikasiya

ing. participatory communication – birgə kommu­nikasiya

Əhalinin yaş, peşə, sosial əla­­­mət­lərinə görə fərqli qruplarının səy­lərinin birləşdirilməsi və media vasitəsilə qərarların qəbul edilməsi, təşəbbüslərin həyata keçirilməsi prosesinə yönəldilməsi üzrə planlaşdırılmış fəaliyyət.

Bu fəa­liyyət iki mərhələdən ibarətdir: birinci mərhələdə əhali qruplar üzrə bölünərək təlimləndirilir, ikinci mərhələdə KİV-dən sosial şəbəkələrdən istifadə etməklə öz arala­rın­da dialoq qurmağa, qarşılıqlı informasiya mübadiləsi aparmağa, birgə təşəb­büslər həyata keçirməyə alışdırılır.

Jurnalistika terminləri lüğəti