1. Bir neçə adam arasında bölünən şeydən hər birinə düşən hissə. □ Yoldaşlarım da bu səfər paylarını mənə verdilər. (M.F.Axundzadə).
2. Bir neçə adam arasında bölünən xörəkdən hər birinə düşən hissə. □...nə bişirsəydilər payımı saxlardılar. (İ.Əfəndiyev).
3. Bir şeyin bölündüyü hissələrdən hər biri. □ Gecədən iki pay keçəndə...
4. Miras qalmış əmlakdan hər bir vərəsəyə çatan hissə. □ Xanım, qardaşın arvadının məgər irsdə payı yoxdur? (M.F.Axundzadə).
5. Numerativ söz kimi: dəfə, kərə. □ Belə gün, belə əziyyət çəkməkdənsə, bir yol ölüb qurtarmaq min payyaxşıdır. (N.Vəzirov).
6. Hədiyyə, bəxşiş, sovqat. □...əqrəbalardan samovar alıb pay gətirərlər. (R.Əfəndiyev).
7. Məcazi mənada: bəxt, tale, qismət, nəsib.
8. Məcazi mənada: əvəz, qarşılıq.
9. Ümumi bir işə ayrı-ayrı iştirakçılar tərəfindən verilən, yaxud birinin hissəsinə düşən pul və s. miqdarı. □ Kooperativ payı. Üzvlərin payı.
Klassik ədəbiyyatda ayaq mənasında işlənmişdir. □ Düşəydi payinə bənövşə, sünbül; Xuraman-xuraman əlində də gül. (Q.Zakir).
Həmçinin bax: