Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

PDF [pe-de-ef] abreviatura

ing. Portable Document Format – «daşınan sənəd formatı» ifadəsinə daxil olan sözlərin baş hərflərindən ibarət abreviatura

Sənədlərin elektron şəkil­də ­kom­püterə köçürülməsi, saxlanması və ötü­­rülməsi üçün istifadə edilən, redaktəsi mümkün olmayan fayl formatı.

Bu format Adobe Systems fir­ması tərəfindən Post Script dilinin im­kanlarından istifadə et­məklə yaradılıb və əsasən, poliqrafiya məh­sullarının elektron fayl şəklinə salın­ması üçün nəzərdə tutulub. PDF fayllar Adobe Reader proqramı, bəzi digər proqramlar vasitəsilə açıla və oxuna bilir.

Jurnalistika terminləri lüğəti