Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

pencər

Yeməli yabanı bitkilərin (əməköməci, gicitkən, cincilim və s.) ümumi adı. (“Koroğlu” dastanının lüğəti)

Qoç Koroğlu badə içə,

Başları pencərtək biçə,

İnsafdırmı ələ keçə

Alagöz Nigarım mənim?

                 (“Koroğlunun qocalığı”)

*

Bağların üstə pencərəm,

Sinənin üstə xəncərəm,

Tərpənmə səni sancaram,

Dörd tərəf şahmar görünür.

                (“Məhbub xanımın Çənlibelə gəlməyi”) ( “Ağca Quzu”)

Azərbaycan dastanlarının leksikası