Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

perl

Yuxarı səviyyəli, dinamik proqram­laşdırma dili.

P. 1987-ci ildə amerikalı linqvist Lari Uoll tərəfindən yaradılıb. Termin ingilis dilində Practical Extraction and Report Language (verilənlərin çıxarılması və hesabatların tərtib olunması üçün praktik dil) sözlərinin baş hərflərindən əmələ gəlib. P. dilinin simvolu dəvədir. Bu onun çətin vəzifələrin öhdəsindən gələ bilmək qabi­liyyətinə işarədir. P.-dən vebdə proq­ram­laşdırma, qrafik proq­ramlaş­dırma, ­sis­tem proqramlaşdırması, şəbəkə proq­ram­laşdır­ma­sında, bioinformatikada və digər sa­hə­lərdə istifadə olunur.

Jurnalistika terminləri lüğəti