Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

personifikasiya

lat. persona – şəxs + lat. facio – edirəm

1. Təbiət hadisə və qüvvələrinin, heyvanların, bitkilərin, əşya­ların, mücərrəd anlayışların insan cildində göstərilməsi və ya onlara insan xüsusiy­­yətlərinin verilməsi. 

2. Hər hansı kütləvi ­pro­sesin, sosial prosesin, hərəkatın, hadi­sənin, məsələn, qələbənin, yaxud məğ­lubiyyətin bir şəxsin adı ilə bağlanması.

Bu mənada P. və «fərdiləşdirmə» anla­yış­ları sinonim kimi işlədilir.

Jurnalistika terminləri lüğəti