Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

perspektiv

lat. perspicio – aydın görürəm

1. Uzaq məsafədən görünüş, mənzərə.

Müşahidəçi ilə müşahidə obyekti ara­sında məsafədən asılı olaraq bu mən­zə­rənin forması və rəngi olduğu kimi deyil, də­yiş­miş şəkildə qavranılır. 

2. Obyektin mü­şa­hidə nöqtəsindən uzaqlığından asılı olaraq gözlə qavranılan cəhətlərinə uyğun şəkildə müstəvi üzərində təsviri.

Foto və tele­çəkiliş zamanı reallıqda üçölçülü ob­yektlər müstəvi (lent, təbəqə) üzərində iki­ölçülü təsvirə malik olur. Buna görə də operator və fotoreportyorların P. qanun­larını bilməsi onların daha uğurlu çəkiliş bucağı seç­mə­sinə kömək edir.

3. Gələcək plan, nəzərdə tutulan, təxmin edilən, göz­lənilən imkan, hərəkət; məs.: redaksiyanın P. planı, P. planlaşdırma.

Jurnalistika terminləri lüğəti