Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

PƏRVANƏ

fars. parvana sözü dilimizə tərcümədə kəpənək deməkdir. Pərvanə qadın adı kiçik gecə kəpənəyinin adındandır.

Sözün özünü eşq yolunda fəda edən, yandıran, sadiq, sədaqətli sevgili və buna yaxın məcazi mənaları da mövcuddur. Ədəbiyyatımızda da bu mənada pərvanə sözünə tez-tez rast gəlinir. Gecə kəpənəyi olan pərvanə axşamlar şamın, lampanın, bir sözlə, işıq gələn nə varsa, başına fırlanır. Rəvayətə görə, şam gözəl bir qız, pərvanə gözəl bir oğlan imiş. Nakam sevgi yaşamış bu gənclər sonradan şama və pərvanəyə çevrilmişlər. Pərvanə indi də şamın başına dolanır. Hətta el arasında belə bir inanc da məlumdur ki, gecələr yanan şamın, lampanın, işığın başına dolanan pərvanəni öldürmək günahdır. Dilimizdə parvana kimi baçına dolanmaq (çox sevmək) ifadəsi də mövcuddur. Şərqdə geniş yayılmış bu rəvayətin oğlan qəhrəmanının adı dilimizdə qadın adı kimi formalaşmışdır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti