1. And, əhd.
2. Bağlaşma, razılaşma. (“Koroğlu” dastanının lüğəti)
Mən qoç Koroğluyam, çıxdım qalannan,
Ərzəmi götürüb divana gəldim.
Xotkarın oğluynan peyman eylədin,
Fikrimi zay etdim, imana gəldim.
(“Pərizad xanımın Çənlibelə gəlməyi”) (İ.A., B.A.)
Bax: peymana. (“Koroğlu” dastanının lüğəti)
Qoç Koroğlu deyər noldu,
Peymanım qan ilə doldu,
Gördün qənim güclü oldu,
Sal bir yana, qaç bir yana.
(Paris nüsxəsi, 10-cu məclis)
Azərbaycan dastanlarının leksikası