Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

pir1 fars

1. Qoca, çox yaşlı kişi, ixtiyar

2. Məcazi mənada: ustad, müəllim. (“Koroğlu” dastanının lüğəti)

Koroğlu çağırır genə Səfəri,

Yox imiş dünyanın sonu, səməri,

Qıraram dəstəni, vurram nəfəri,

Ərənlərin piri yanımda gərək!

                     (“Koroğlunun Qars səfəri”)

pir2 fars

Ocaq; müqəddəs sayılıb ziyarət edilən qəbir, ağac və s... (“Koroğlu” dastanının lüğəti)

Xoca Əziz əvvəl elə bildi ki, Koroğlu deyir aparırlar pirə məni. Fikirləşdi ki, yəqin Koroğlu dəli olub, dəlilər onu pirə aparırlar. (“Koroğlu ilə Bolu bəy”)

Azərbaycan dastanlarının leksikası