Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

pis [pis] sifət

1. Mənfi keyfiyyət və ya xüsusiyyətlərə malik, verilən tələbləri təmin etməyən, istənilən kimi olmayan, mənfi təsir bağışlayan; yaman,fəna. □ Pis xətt. Pis hava.

2. Öz işini yaxşı bilməyən, təcrübəsiz. □ Pis usta. Pis təşkilatçı.

3. Ətrafdakılara yaxşı təsir bağışlamayan; kobud, qaba. □ Pis xasiyyət.

4. Bəd, alçaq, rəzil, şərəfsiz, namərd; qeyri-əxlaqi, nalayiq, yaramaz, eyibli, nöqsanlı. □ Pis adam. Pis qonşu. Pis hərəkət.

5. İsim kimi: bəd, alçaq, rəzil, şərəfsiz, namərd; qeyri-əxlaqi, nalayiq, yaramaz, eyibli, nöqsanlı adam. □ Üz vermə nadana, sirr vermə pisə; Axır qəlbin ya inciyə, ya küsə. (Xəstə Qasım).

6. Əzici, üzücü, sıxıcı, ağır, mənhus, xoşagəlməyən; mənfi. □ Pis yuxu görmək.

Həmçinin bax:

frazeologizm: pis günə düşmək (qalmaq) frazeologizm: pis günə qoymaq (salmaq) frazeologizm: pis nəfəsə gəlmək frazeologizm: pis üz göstərmək frazeologizm: pis yerdə axşamlamaq frazeologizm: pis yola çəkmək (salmaq) frazeologizm: pis yola düşmək frazeologizm: pisinə gəlmək Azərbaycan dilinin izahlı lüğəti