Ağzı gen, dibi dar balaca içki qabı; qədəh // bu qabın çay içmək üçün olan növü. (“Koroğlu” dastanının lüğəti)
Alıb piyaləni içən sağıdan,
Qorxmayın hər yetən qanlı yağıdan...
(“Koroğlunun Qars səfəri”)
*
– Bir cavan istərəm bu piyaləni mənim əlimdən alıb içə, gedə Həsən paşanın bağından bir neçə kabablıq durna vurub gətirə, kabab çəkib yeyək. (Paris nüsxəsi, 9-cu məclis)
Azərbaycan dastanlarının leksikası