1. Biologiya. Qanın, limfanın maye tərkib hissəsi. □ Qan plazması.
2. Fizika. Müsbət və mənfi yüklü sərbəst zərrəciklərdən, neytral (və ya qismən ionlaşma halında olan) atomlardan təşkil edilmiş və elektrik cəhətdən neytral olan sistem. □ Yüksək temperaturlu plazma.
3. İnformatika. Təsvirin ekrana verilməsi məqsədilə iki nazik lövhə arasında xüsusi qaz yerləşdirilən monitor. □ Plazma ekran.
Azərbaycan dilinin izahlı lüğəti