Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

pleyada

1. Mədəniyyətin hər hansı sahəsində eyni dövrdə fəaliyyət göstərən görkəmli xadimlər qrupu.

Termin qədim yunan əsatirinin qəhrəmanları olan yeddi bacının – Pleyadaların adından yaranıb. Pleyadalar titan Atlantın və okeanida Pleyonanın Zevs tərəfindən ulduzlara çevrilmiş qızlarıdır (Buğa bürcündə bəzən “Yeddi bacı” da adlandırılan ulduz topası).

2. XVI əsrdə Fransada Pyer de Ronsarın başçılıq etdiyi poetik birlik.

Qrupun ilkin adı “Briqada” olub, 1553-cü ildən isə P. adlanıb. P. üzvlərinin sayı yeddi olmalı idi. Onların əksəriyyəti Ronsarın tələbələri olub.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti