1. Riyaziyyat. Oturacaqları iki paralel çoxbucaqlı, yan üzləri isə paraleloqramlar olan həndəsi fəza fiquru. □ Düzgün prizma.
2. Fizika. Mürəkkəb işığı spektrlərə ayırmaq, işıq şüalarının istiqamətini dəyişdirmək və b. məqsədlər üçün müxtəlif optik, spektral və başqa cihaz və aparatlarda işlədilən şəffaf maddədən düzəldilmiş həmin şəkildə cisim.
3. Məcazi mənada: hər hansı problemə, hadisəyə baxış nöqtəsi. □ Yazıçının prizması.
Azərbaycan dilinin izahlı lüğəti